Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-04-2024 , 21:54

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Abşeron bələdiyyələrinin torpaq satışından daxil olan maliyyə vəsaitinin həcmi 2.4 dəfə artıb


Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Abşeron Bələdiyyələrinin büdcə gəliri 3.648.300 manat olub. Bu da ötən illə müqayisədə 33.6 faiz artıq deməkdir.  Qeyd edək ki, 2022-ci ildə Abşeron bələdiyyyələrinin  büdcə gəliri 2.730.700 manat olmuşdur. Əldə edilən gəlirlirin 45.4 faizi vergilərdən, 54.6 faizi isə rüsumlardan olub. Büdcə gəlirinin 16.8 faizi torpaq, 28.6 faizi əmlak vergisindən daxil olub. Abşeron bələdiyyələrinin büdcə gəlirinin 48.4 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub. Abşeron rayonunda formalaşan 15  bələdiyyəyə 78.400 manat dotasiya ayrılıb.

Bununla yanaşı il ərzində 4700 manat mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən,   23.000 manat   bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar  və ya səyyar ticarət , ictimai iaşə və digər xidmətlərdən və 800 avtodayanacaqlardan büdcəyə maliyyə vəsaiti daxil olub. Abşeron bələdiyyələrinə il ərzində  fiziki və hüquqi şəxslərdən həmçinin 90.500 maliyyə yardımı daxil olub.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şuşa rayonu üzrə tikintinin göstəriciləri

Gündəlik Xəbərlər
09-05-2024

Şuşa rayonu üzrə sənayenin göstəriciləri

Gündəlik Xəbərlər
07-05-2024

Bələdiyyə qulluqçusu dünyasını  dəyişib

Gündəlik Xəbərlər
05-05-2024